Zığ yolunda sürət həddi endirildi

07:59 - 19 Mart 2025 - AVTO

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən bütün məlumat sürət tablolarında "güclü külək" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Xəbər xətti