İsrailin Qəzzaya zərbələri davam edir: Ölənlərin sayı 230-u ötüb

08:23 - 18 Mart 2025 - DÜNYA

 İsrail Qəzza zolağına havadan, qurudan və dənizdən zərbələr endirməyə davam edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb. İlkin məlumata görə, 230-dan çox insan ölüb, 350-dən çox yaralanıb.

Məlumata görə, zərbələr Xan Yunis şəhərinin qərbindəki Əl-Məvasi bölgəsində məcburi köçkünlərin olduğu çadır düşərgəsini hədəf alıb.
İsrail gəmiləri Rəfah şəhərinin ərazilərini atəşə tutub. Hava qüvvələri Fələstin anklavının şimal və mərkəzi hissələrini bombalayır.
İsrail hərbçiləri artilleriyadan da istifadə edir.

Xəbər xətti