Ağ Evin mətbuat katibi Karolina Levitt deyib ki, Tramp administrasiyası Qəzzaya planlaşdırılan zərbələr barədə İsrail tərəfindən məlumatlandırılıb.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə Fox News-a müsahibəsində bildirib.
"Tramp Administrasiyası və Ağ Ev İsrail tərəfindən Qəzzada bugünkü hücumlarla bağlı məlumatlandırılıb. Prezident Tramp açıq şəkildə bildirib: HƏMAS, husilər, İran təkcə İsraili deyil, həm də ABŞ-ı terror etmək istəyənlərin hamısı öz əməllərinin əvəzini ödəyəcəklər" - Levitt qeyd edib.