Tramp ABŞ və Rusiyanın razılığa gələcəyinə əmin olduğunu bildirib

00:00 - 18 Mart 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp əmin olduğunu bildirib ki, Vaşinqton və Moskva Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması üzrə razılığa gələ biləcəklər.

Ucnoqta.az xəbər verir ki, müvafiq bəyanatı o, Vaşinqtonda Con Kennedi adına İfa Sənəti Mərkəzində olarkən jurnalistlərlə söhbətində deyib.

Amerika lideri çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putinlə söhbət etmək niyyətində olduğunu təsdiqləyib.
 "Biz sülh sazişi - atəşkəs və sülh əldə edə biləcəyimizi görəcəyik. Düşünürəm ki, biz bunu edə bilərik", - Tramp deyib.

Xəbər xətti