2024-cü ildə qlobal silah satışı rekorda çatıb

08:08 - 17 Mart 2025 - DÜNYA

2024-cü ildə qlobal silah satışı 111,6 milyard dollara çataraq Soyuq Müharibədən sonrakı rekorda çatdı.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin hesabatında deyilir.

2021-ci ildə bu dəyər 82,942 milyard dollar, 2022-ci ildə 106,185 milyard dollar, 2023-cü ildə isə 96,889 milyard dollar təşkil edib.
DSTTM ekspertlərinin fikrincə, qlobal silah ixracının/idxalının kəskin artması bir neçə amillə, o cümlədən Ukrayna ətrafındakı vəziyyətlə bağlıdır.

2029-cu ilə qədər qlobal silah ixracatında liderlər aviasiya, hava hücumundan müdafiə və zirehli texnika olacaq.
Sonrakı yerdə dəniz texnikası, helikopterlər, raket və artilleriya silahları və PUA-lar gəlir (yalnız 7-ci yer).

Xəbər xətti