BBC jurnalistinə ömürlük həbs cəzası verildi

20:31 - 11 Mart 2025 - Xəbər

 BBC-nin idman şərhçisi Con Hantın həyat yoldaşını və iki yetkin qızını öldürən Kayl Klifford ömürlük həbs edilib.

Ucnoqta.az xəbər verir ki, qatilin hökmünü oxuyan hakim Coel Bennetanın çıxışı Sky News-da canlı yayımlanıb.

"Bu üç qətlin hər birinə görə cəzanız şərti azadlığa buraxılma ehtimalı olmadan ömürlük həbs olacaq. Bu o deməkdir ki, siz heç vaxt azadlığa çıxmayacaqsınız", - hakim bildirib.

Cinayətkar 2024-cü ilin iyul ayında Hantın London yaxınlığındakı Buşeydəki evində həyat yoldaşı və qızlarının cəsədləri aşkar edildikdən qısa müddət sonra polis tərəfindən həbs edilib.
Klifford əvvəllər 25 yaşlı Luiza Hantla görüşmüş və ondan ayrıldıqdan sonra onu öldürmək planı hazırlamışdı. Hakimin vurğuladığı kimi, qətllər diqqətlə planlaşdırılıb. Luiza Hantın anası bıçaqlanaraq öldürülüb, o və bacısı arbaletlə güllələnib.

Clifford həbsdə olarkən intihara cəhd edib və indi qismən iflicdir. O, üç qətldə günahını etiraf edib, lakin Luizanı zorladığını rədd edib. hakimlər heyəti onu bu cinayətdə də təqsirli bilib.

Xəbər xətti