Ordumuzun mövqeləri ATƏŞƏ TUTULDU

13:59 - 5 Mart 2025 - ÖLKƏ İÇİ

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, martın 4-ü saat 22:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xanazax yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.

Xəbər xətti