Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makron Londonda Ukrayna sammitinə gəliblər
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, tezliklə onlara Ukrayna prezidenti Volodimir Zelenski, o cümlədən İtaliyanın baş naziri, həmçinin Almaniya, Danimarka, Norveç, Polşa, Finlandiya və Rumıniya liderləri də daxil olmaqla bir sıra Avropa liderləri qoşulacaq.
Türkiyə və Kanadadan da nümayəndələrin iştirakı gözlənilir.