Ucnoqta.az
www.ucnoqta.az

Londonda Ukrayna sammiti başlayır - Liderlər toplanır

16:55 - 2 Mart 2025 tarixində dərc olunub.

Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makron Londonda Ukrayna sammitinə gəliblər

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, tezliklə onlara Ukrayna prezidenti Volodimir Zelenski, o cümlədən İtaliyanın baş naziri, həmçinin Almaniya, Danimarka, Norveç, Polşa, Finlandiya və Rumıniya liderləri də daxil olmaqla bir sıra Avropa liderləri qoşulacaq.

Türkiyə və Kanadadan da nümayəndələrin iştirakı gözlənilir.

Müəllif: Ucnoqta.az redaksiyası