Bakıda 8, rayonlarda 24 dərəcə şaxta olacaq

13:14 - 28 Fevral 2025 - ÖLKƏ İÇİ

Bakıda və Abşeron yarımadasında martın 1-dən 2-nə keçən gecə 5-8 dərəcə şaxta olacaq.

Ucnoqta.az Milli Hidrometeorologiya Xidmətinə  əsasən xəbər verir ki, havanın minimal temperaturunun Aran rayonlarında 3-8, dağlıq rayonlarda 13-18, yüksək dağlıq ərazilərdə 19-24 dərəcə şaxta olacağı gözlənilir.

Gözlənilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar ölkə ərazisində bəzi yollar buz bağlayacaq.

Xəbər xətti