Ermənistanın hərbi hissələrindən birində yanğın baş verib
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, N saylı hərbi hissənin mətbəxində baş verən yanğın söndürülüb. Tələfat yoxdur. Yanğının başvermə səbəbləri, həmçinin dəymiş maddi ziyanın məbləği dəqiqləşdirilir.