Azərbaycanda heyvandarlıq sahəsi tənəzzülə uğrayıb - Sosioloq

20:15 - 13 Fevral 2025 - ÖLKƏ İÇİ

Azərbaycanda ət idxalı ötən ilə nisbətən 41 faiz artıb

Ucnoqta.az xəbər verir ki, bunu sosioloq Elçin Bayramlı Baku.tv-yə deyib. Sosioloq qeyd edir ki, əhalinin ət istehlakı azalıb.

"Qiymətlər bahalaşdığı üçün əhalinin ət alıcılığı aşağı düşüb. ÜST-nin normasına əsasən illik adambaşına 78 kq ət istehlakı nəzərdə tutulur. Azərbaycanda isə bu rəqəm 37 kq-dır. Bunu yaradan isə bir çox səbəblər vardır. Heyvandarlığın örüş yerlərinin süni azaldılması, yol kənarlarına yaxın ərazilərdə heyvanların otarılmasının qadağan edilməsi, xaricdən gətirilən heyvan yemlərinin baha olması, yem qiymətlərinin artması ətin qiymətinin artmasında təsir edir. Yerli istehsal olmadığından idxal artır. Bu isə heyvandarlıq sahəsinin tənəzzülə getməsidir."

Deputat Aydın Hüseynov isə kənd təsərrüfatına ayrılan vəsaitin səmərəsiz olmadığını qeyd etdi. Millət vəkili hər il ölkədə kənd təsərrüfatı məhsullarının artdığını bildirdi. Aydın Hüseynov at istehsalının artdığını desə də aparıcı Elçin Əlibəyli statistik rəqəmlərin bunun əksini sübut etdiyini əlavə etdi.

Ətraflı süjetdə:

Xəbər xətti