Biləsuvarda 5 kq narkotik və silah-sursat aşkarlandı - Saxlanılanlar var

15:00 - 13 Fevral 2025 - ÖLKƏ İÇİ

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı ardıcıl əməliyyat tədbirləri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlərlə  Əli Tağıyev, Maqsud Əliyev, Mərahim Alcanov saxlanılıb. Onlardan ümumilikdə 5 kiloqram tiryək, meramfetamin və marixuana aşkarlanıb.

Şöbə əməkdaşlarının qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində keçirdikləri tədbirlərlə isə Dövlət Xəlilov saxlanılıb. Ondan 1 ədəd "AKS-74U" markalı avtomat, 19 ədəd patron və marixuana aşkar edilib.
Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər xətti