Keçmiş xarici işlər nazirinə 27 il həbs cəzası verildi

10:15 - 13 Fevral 2025 - DÜNYA

Tacikistan Ali Məhkəməsi sədrinin birinci müavini Şavkat Lutfullozoda keçirdiyi mətbuat konfransında ölkənin Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Həmroxon Zərifi və bir sıra digər siyasətçilərin dövlət çevrilişinə cəhddə ittiham olunduğunu təsdiqləyib.

Ucnoqta.az bu barədə xarici mətbuata istinadən xəbər verir. O, bildirib ki, Tacikistan Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri, eləcə də keçmiş deputat və Tacikistan Demokratik Partiyasının sədri Səidcəfər Usmonzoda 27 il müddətinə azadlıqdan məhrum edilib.
Həmçinin Demokrat Partiyasının keçmiş sədr müavini, jurnalist Axmadshhoh Komilzoda və Tacikistan Sosial Demokrat Partiyasının sədr müavini, hüquqşünas Şokirjon Hakimov 18 il həbs cəzası verilib.

Xəbər xətti