Ceyhun Bayramov Almaniyaya getdi

10:05 - 13 Fevral 2025 - SİYASƏT

Xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfərə yola düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun 61-ci Münxen Təhlükəsizlik Konfransında iştirakı, habelə yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

Xəbər xətti