Qəbələdə itkin düşən qadının meyiti tapılıb.
Ucnoqta.az xəbər verir ki, 1960-ci il təvəllüdlü Maral Abdurahmanovanın üzərində zorakılıq əlamətləri olmayan meyiti rayonun Savalan kəndinin ərazisində Türyançay çayında aşkar edilib.
İlkin araşdırma zamanı müəyyən olunub ki, M.Abdurahmanova ruhi xəstəlikdən əziyyət çəkmiş, əvəllər də bir neçə dəfə heç kimə xəbər vermədən evi tərk edib.
Fevralın 10-u evdən çıxıb və geri qayıtmayıb.