Mingəçevirdə dərs zamanı halı pisləşən şagird ölüb.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərdə İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbdə baş verib.
TƏBİB-dən isə "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 10:47-də adıçəkilən məktəbdən şəxsin halının pisləşməsi səbəbilə çağırış daxil olub.
Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası 2010-cu il təvəllüdlü oğlanın həkiməqədər ölüm faktı qeydə alınıb.