AFFA bir komandanı çempionatdan kənarlaşdırdı

16:51 - 5 Fevral 2025 - İDMAN

AFFA İntizam Komitəsi U-10 Liqasında çıxış edən Sumqayıtın "Odlar Yurdu" komandasını çempionatdan kənarlaşdırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

Komanda “Sumqayıt City” ilə matçda təyin olunan vaxtda meydanda olmayıb və bu səbəbdən texniki məğlubiyyət (0:3) alıb. Bu hal üçüncü dəfə təkrarlandığından "Odlar Yurdu" yarışdan kənarlaşdırılıb.

U-14 Liqasında çıxış edən "İmişli" kollektivi "Şamaxı" ilə matçda meydana adı protokolda olmayan futbolçu buraxdığı üçün 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.

U-13 Liqasında Gəncə təmsilçiləri "Ruslan" və "Gəncəvi" klublarının qarşılaşması ikincilərin heyətində yetərsay olmadığından baş tutmayıb. Bu səbəbdən komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bu çempionatdakı “Hindarx” (Ağcabədi) –“Pambıqçı” (Bərdə) görüşündə də eyni hal yaşanıb. Bu dəfə “Pambıqçı” texniki məğlubiyyət alıb.

Xəbər xətti