İdarə müdiri gürcü bölməsində dərs deyən müəllimlərlə görüşüb - FOTO

12:19 - 5 Fevral 2025 - ÖLKƏ İÇİ

Fevralın 4-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova Qax rayonunda gürcü bölməsində dərs deyən müəllimlərlə görüş keçirib.

Qax rayon təhsil sektorunda təşkil olunmuş görüşdə Günay Mahmudova, idarənin müdir müavini Bəhruz Nəbili, sektorun əməkdaşları və müəllimlər iştirak ediblər.

Görüşdə tədrisin keyfiyyətinin artırılması, müəllimlərin peşəkar inkişafı və məktəblərdə mövcud vəziyyətlə bağlı müzakirələr aparılıb. Müəllimlərin təklifləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra İdarə müdiri Qax şəhər Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseydə Cerebry layihəsinə qoşulmuş müəllim və şagirdlərlə görüşərək, onların təcrübələrini dinləyib və layihənin tətbiqi ilə bağlı fikir mübadiləsi aparıb.


Xəbər xətti