Ədliyyə naziri Astarada vətəndaşları qəbul edib - Foto

10:16 - 1 Fevral 2025 - ÖLKƏ İÇİ

Ədliyyə naziri Fərid Əhmədov 31 yanvar tarixində Astara şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Nazirliyin Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, qəbulda Astara, Lənkəran, Masallı, Lerik və Yardımlı rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb.

Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.


Xəbər xətti