Braziliya Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin uçuş registratorlarını deşifrə etməyə başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Braziliyanın G1 portalı məlumat yayıb.
Bildirilir ki, çıxarılan məlumatlar qəzanın təhlili və təhqiqatına cavabdeh olan Qazaxıstan Hava Qəzalarının Araşdırma Departamentinə veriləcək.
Braziliya Hərbi Hava Qüvvələrinin (Força Aérea Brasileira - FAB) mütəxəssisləri qara qutulardakı məlumatları təhlil edəcəklər.