İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Dəməşqdən 20 km cənubda, Sasa şəhəri yaxınlığında yerləşən keçmiş Suriya ordusunun 90-cı zirehli briqadasının bazasına hücum edib.
Ucnoqta.az xəbər verir ki, Al Hadath telekanalının verdiyi məlumata görə, hava hücumundan sonra hərbi obyektdə bir neçə güclü partlayış səsi eşidilib.
Məlumata görə, bu bazada iranyönlü birləşmələr də yerləşib, orada raket sistemləri və elektron döyüş sistemləri var idi.