Sabiq müdafiə nazirini 10 il həbs gözləyir

11:05 - 4 Yanvar 2025 - Xəbər

Polşa Milli Prokurorluğu respublikanın keçmiş müdafiə naziri Antoni Maçereviçə qarşı istintaqa başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə cümə günü prokurorluğun saytında yerləşdirilən məlumatda deyilir.

2015-2018-ci illərdə Polşanın müdafiə nazirliyinə rəhbərlik etmiş Maçereviç “diplomatik xəyanət” törətməkdə şübhəli bilinir.
Onun Polşanın yanacaq dolduran təyyarələrin alınması üzrə beynəlxalq proqrama qoşulmasına mane olduğu iddia edilir ki, bu da “Polşa Silahlı Qüvvələrinin potensialının azalmasına və dövlətin strateji təhlükəsizliyinə mənfi təsir göstərə bilər”.
Bundan başqa, prokurorluğun məlumatına görə, Macereviçin qərarı nəticəsində Müdafiə Nazirliyinə 473,6 min avro məbləğində ziyan dəyib.
Söhbət proqrama qoşulmağa hazırlıqla bağlı nazirliyin çəkdiyi xərclərdən gedir.

Sabiq naziri 10 ilə qədər həbs cəzası gözləyə bilər.

Xəbər xətti