Kiyev rejiminin nəzarətində olan ərazilərlə aparılan danışıqlar nəticəsində 150 rusiyalı hərbçi geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 150 hərbi əsiri təhvil verilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, dekabrın 30-da danışıqlar prosesi nəticəsində 150 rusiyalı hərbçi geri qaytarılıb. Bunun müqabilində 150 hərbi əsir Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib. Hazırda bütün Rusiya hərbi qulluqçuları Belarus Respublikası ərazisində yerləşir, onlara lazımi psixoloji və tibbi yardım göstərilir, həmçinin qohumları ilə əlaqə saxlamaq imkanı verilir.
Sərbəst buraxılan bütün hərbi qulluqçular Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya üçün Rusiya Federasiyasına təhvil veriləcək.
Rusiya Müdafiə Nazirliyi əlavə edib ki, Birləşmiş Ərəb Əmirlikləri rusların əsirlikdən qayıtması üçün humanitar vasitəçilik səyləri göstərib.