Qazaxıstan AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutu"larını Braziliya Hava Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə göndərəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi “Telegram” kanalında məlumat yayıb.
Bildirilib ki, qəzanın təhqiqat komissiyası Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin standartlarına əsasında qara qutuların Braziliya istintaq mərkəzinə göndərilməsi barədə qərar qəbul edib.