Gürcü xalqı və yeni güclər hər şeyi başa düşür və suveren siyasət qurur ki, Qərbin əlində piyadaya çevrilməsin, irəli getsin.
Ucnoqta.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilin sonunda TASS-a müsahibəsində deyib.
“ABŞ və Avropa İttifaqı Tbilisini saxta dilemma qarşısında qoymağa çalışır: bizimlə və ya bizə qarşı. Bu arada Gürcüstan hakimiyyəti, deyəsən, milli maraqlara cavab verən suveren siyasət qurmaq istəyir, Gürcüstanı sabitliyin pozulmasına, iqtisadi problemlərə, Rusiya ilə münasibətlərin pisləşməsinə sövq edən qərblilərin əlində oyuncaq olmaq istəmir. Mən şübhə etmirəm ki, gürcü xalqı hər şeyi başa düşür və irəli gedəcək”, - nazir qeyd edib.