5,7 bal gücündə zəlzələ baş verib

03:16 - 27 Dekabr 2024 - DÜNYA

Yaponiyanın Honsyu adası yaxınlığında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xəbər xətti