BMT-nin baş katibi Antonio Quterreş İsrail və Yəmən arasında gərginliyin artmasını pisləyir və İsrailin Yəmən infrastrukturuna qarşı hava hücumlarından son dərəcə narahatdır.
Ucnoqta.az xəbər verir ki, qurum rəhbərinin mətbuat xidməti cümə axşamı jurnalistlərə yaydığı bəyanatda bildirib.
Qeyd olunur ki, bu gün İsrailin Səna hava limanına, Qırmızı dəniz limanlarına və Yəməndəki elektrik stansiyalarına endirdiyi hava zərbələri xüsusilə narahatlıq doğurur.
Bəyanatda göstərilir ki, Quterreş Yaxın Şərq regionunda daha da gərginləşmə risklərindən son dərəcə narahatlığını davam etdirir və bütün tərəfləri hərbi əməliyyatları dayandırmağa və həddindən artıq təmkinli olmağa çağırır.