Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Qara bölgəsində boz kateqoriyalı terror təşkilatı PKK/KCK-nın sözdə liderlərindən olan "Hogir Batman" kod adlı Fırat Serihanı zərərsizləşdirib.
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçu Serihanın Pəncə-Kilit Hərəkatı bölgəsində hərəkətə keçmək istəyən təşkilat üzvlərinin silah və sursat ehtiyaclarını qarşıladığı barədə məlumat alan MİT, Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı terror aktı törətmək üçün Qarada olarkən əməliyyat təşkil edib.