Uğurlu əməliyyat zamanı Niger Silahlı Qüvvələrinin bölmələri ölkənin cənubundakı çətin əldə edilən ərazilərdə terrorçuların bir neçə bazasını ləğv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə RTN kanalı Niger ordusunun press-relizinə istinadən məlumat yayıb.
Ordunun məlumatına görə, Silahlı Qüvvələrin Karei-Qusu, Lamdu və Dolbel rayonlarında keçirdiyi reydlər zamanı 27 yaraqlı öldürülüb, daha 18-i əsir götürülüb, xeyli sayda silah və sursat ələ keçirilib.