“Keşlə bazarı”nın söküntüsü təxirə salınıb

13:22 - 23 Dekabr 2024 - Cəmiyyət

Bakıda “Keşlə bazarı”nda söküntü işlərinə başlanılması gələn il fevralın 1-nə qədər təxirə salınıb

Ucnoqta.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Xatırladaq ki, qurum Bakı şəhərinin perspektiv inkişafını nəzərə almaqla paytaxtın Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi işləri icra edir.

Layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.

Yen yolun tikintisi ilə əlaqədar olaraq tikinti altına düşən yaşayış və qeyri yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanıb və tikinti altına düşən maneələrin qiymətləndirilməsi işləri yerinə yetirilib. Bu çərçivədə tikinti altında düşən yaşayış və qeyri yaşayış obyektlərinin, o cümlədən “Keşlə bazarı” kimi tanınan ticarət mərkəzinin də sökülməsi nəzərdə tutulur.

Sözügedən bazarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq bazarda söküntü işlərinin başlanılması təxirə salınıb.

Xəbər xətti