Dekabrın 8-də təyyarələrin qəbulu və yola salınması üçün bağlanan Suriyanın Latakiya və Qamışlı şəhərlərinin hava limanları 2025-ci il yanvarın 6-dək fəaliyyətini bərpa etməyəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə hava limanının nəzarətçiləri tərəfindən ölkənin hava məkanının bütün istifadəçilərinə paylanmış son NOTAM mesajlarında deyilir.
Bildirilir ki, 6 yanvar 2025-ci il tarixinədək Latakiya hava limanına bütün uçuşlar dayandırılıb.