Bu qədər sevdiyimiz ləzzət beyinə necə təsir edir!

05:39 - 23 Dekabr 2024 - Cəmiyyət

Fast food növü qidalanmanın yağ toxuması və qan şəkərinin səviyyəsini artıraraq öyrənmə pozğunluqlarına səbəb ola bilər.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Marmara Universitetinin prof. dr. Meral Yüksel deyib. Yüksel yemək vərdişlərinin fiziki ehtiyacla yanaşı, emosional tərəfi olduğuna diqqət çəkib. Fast food və qeyri-sağlam qidalanmanın bədəndəki yağ toxumasını artırdığını izah edən Yüksel, yağ toxumasından ifraz olunan bəzi molekulların beyinə mənfi təsirlər yaratdığını bildirib.

Fast foodların tərkibindəki bəzi maddələrin insanları daha çox yeməyə sövq etdiyini ifadə edən Yüksel qeyd edir ki,  az qala asılılıq yaradan bir vəziyyət yaranır.
Tərkibində dadlandırıcılar olan qidalardan mümkün qədər uzaq durmaq tövsiyə olunur. Sağlam qidalanmanın beyin və bağırsaq sağlamlığı üçün əhəmiyyətlidir.

 Fast foodların insan sağlamlığını təhdid etdiyini vurğulayan Yüksel bu məlumatları paylaşıb:
"Bu qidalar bədənimizdəki yağ toxumasını artırır. Yağ toxumasının miqdarı artdıqca ifraz olunan leptin (toxluq hormonu) miqdarı da artır.

Bu artan leptinin miqdarı normal olaraq beynimizdə doymaq istəyi üçün lazımi stimulu təmin etməlidir, lakin leptinin miqdarı müəyyən həddi aşdıqda, toxluq mərkəzinin işləmədiyini görürük. Başqa sözlə, beynimiz doyma siqnalını qəbul etməməyə başlayır.
Bunu dərk etmədiyimiz üçün aclıq halımız davam edir və toxluq vəziyyətinə gələ bilmirik. Bu vəziyyətdə yemək vərdişinə davam edərək daha çox kökəlmiş oluruq.
Bu vəziyyətdən beyin funksiyaları da təsirlənə bilər. Fast food tipli qidalanma öyrənmə pozğunluqlarına səbəb olmağa başlayır. Bundan əlavə, yaddaş problemləri yaranır. Şəkər mübadiləsinin pozulması səbəbindən müxtəlif nevroloji xəstəliklərin, xüsusilə də Alzheimerin ortaya çıxmağa başladığını görə bilərik”.

Xəbər xətti