Xamenei İsraili hədələdi

13:56 - 17 Dekabr 2024 - DÜNYA

Suriyanın işğalı səbəbiylə İsrail sarsıdıcı məğlubiyyətə uğrayacaq, İslami müqavimət qüvvələri mübarizəni davam etdirəcək.

Ucnoqta.az xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Əli Xamenei iranlı qadınlarla görüşündə deyib.

“Suriyadakı hadisələrdən istifadə edən ABŞ, sionist rejim (İsrail nəzərdə tutulur ) və onların bəzi müttəfiqləri cinayət törətməkdə davam edir və müqavimətin sonu kimi təqdim etməyə çalışırlar.

Bu, böyük səhvdir. Qəzza zolağı və Livan arasında döyüşlər davam edir.

İsrail Hizbullah qüvvələrini mühasirəyə almaq və məhv etmək üçün Suriya torpaqlarını işğal edib.

Amma məhv ediləcək İsraildir”, - İran lideri bildirib.

Xəbər xətti