Ağdaşda 14 yaşlı oğlan su kanalına düşərək ölüb.
Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Qoşaqovaq kəndində baş verib. Məlumata görə, 2010-cu il təvəllüdlü Vüqar Zakirli dərsdən qayıdarkən Şirvan Suvarma kanalının yaxınlığında əlini yuyarkən sürüşərək kanala düşüb. Nəticədə yeniyetmə suda boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.