Ucnoqta.az
www.ucnoqta.az

Dərsdən qayıdan 14 yaşlı məktəbli faciəvi şəkildə öldü

12:20 - 12 Dekabr 2024 tarixində dərc olunub.

Ağdaşda 14 yaşlı oğlan su kanalına düşərək ölüb.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Qoşaqovaq kəndində baş verib. Məlumata görə, 2010-cu il təvəllüdlü Vüqar Zakirli dərsdən qayıdarkən Şirvan Suvarma kanalının yaxınlığında əlini yuyarkən sürüşərək kanala düşüb. Nəticədə yeniyetmə suda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası