Qubada ayı kənd sakinlərinə və mal-qaraya hücum edib.
Ucnoqta.az Qlobal.net-ə istinadən xəbər verir ki, hadisə rayonun Gömürdəhnə kəndində baş verib. Məlumata görə, ayı bir neçə kənd sakininin mal-qarasını parçalayıb, tövlələri dağıdıb.
Sakinlər bildirib ki, ayı tez-tez kəndə hücum edir, toyuq-cücələri də parçalayır, kənd camaatına ziyan vurur.
Dağlıq ərazidə yerləşən Gömürdəhnə kəndinin sakinləri aidiyyatı qurumlardan kömək gözləyirlər.