Ucnoqta.az
www.ucnoqta.az

Qubada ayı sakinlərə hücum etdi: Mal-qaranı parçaladı - Foto

13:42 - 2 Dekabr 2024 tarixində dərc olunub.

Qubada ayı kənd sakinlərinə və mal-qaraya hücum edib.

Ucnoqta.az Qlobal.net-ə istinadən xəbər verir ki, hadisə rayonun Gömürdəhnə kəndində baş verib. Məlumata görə, ayı bir neçə kənd sakininin mal-qarasını parçalayıb, tövlələri dağıdıb.

Sakinlər bildirib ki, ayı tez-tez kəndə hücum edir, toyuq-cücələri də parçalayır, kənd camaatına ziyan vurur.

Dağlıq ərazidə yerləşən Gömürdəhnə kəndinin sakinləri aidiyyatı qurumlardan kömək gözləyirlər.

Müəllif: Ucnoqta.az redaksiyası