Malayziyada güclü daşqınlar nəticəsində azı 4 nəfər ölüb, 80,5 mindən çox insan təxliyə edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Fövqəladə Hallar Agentliyinin məlumatlarına istinadən Bernama xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, təxliyə edilən sakinlərin sayı 80 589 nəfərdir. Zərərçəkənlər üçün 467 müvəqqəti təxliyə mərkəzi təşkil edilib.
Kelantan, Terenqqanu və Saravak ştatları 4 nəfərin öldüyünü bildirib.
Qeyd olunur ki, təbii fəlakət Malayziyanın 7 ştatı - Perlis, Kedah, Perak, Kelantan, Trenqqanu, Neqri Sembilan və Selanqor ştatlarına ziyan vurub.