Yoav Qalantın İsrailin müdafiə naziri vəzifəsindən azad edilməsi Kanadanın Qəzza zolağında atəşkəs və Fələstin dövlətinin yaradılmasını ehtiva edən münaqişə ilə bağlı mövqeyini dəyişməyəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Kanadanın müdafiə naziri Uilyam Bleyr məlumat deyib.
"Əlbəttə, Qalantın [Baş nazir Benyamin] Netanyahunun kabinetindən uzaqlaşdırıldığını bilirəm, lakin bu, Kanadanın [Qəzza münaqişəsi ilə bağlı] mövqeyini dəyişmir", - müdafiə naziri deyib.
Bleyr xatırladıb ki, Ottava atəşkəsə, girovların azad edilməsinə və hamılıqla tanınan Fələstin dövlətinin yaradılmasına dair həll yolunun qəbuluna çağırmaqda davam edir.