İsrail qırıcıları Suriya ilə sərhəddə "Hizbullah"ın neft anbarlarını vurub

19:42 - 5 Noyabr 2024 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanla sərhəddə yerləşən Əl-Quseyr şəhərindəki sənaye zonasına reyd keçirib.

Ucnoqta.az xəbər verir ki, Al Hadath telekanalının məlumatına görə, "Hizbullah"ın orada yerləşən neft məhsulları anbarlarına hücum edilib.
Onlara ən azı yeddi raket zərbəsi endirilib.

Xəbər xətti