Rusiya Ukrayna ilə danışıqlara hazırdır
Ucnoqta.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Kremldə xarici ölkələrin səfirlərinin etimadnaməsini təqdimetmə mərasimində təsdiqləyib.
“Mən dəfələrlə demişəm ki, Rusiya nəinki danışıqlara hazırdır, həm də müəyyən mərhələdə - bu münaqişənin lap əvvəlində bu danışıqları aparıb. Hətta Ukrayna tərəfi ilə paraflanan qarşılıqlı məqbul saziş hazırlanıb” - Putin bildirib.
"Lakin Ukrayna tərəfi kənardan məsləhət alaraq - və bunu Ukrayna rəsmiləri bildiriblər - bu razılaşmanı rədd etdi", - Rusiya prezidenti xatırladıb.