“Yenidən dünyaya gəlsəm, ...”

18:52 - 1 Noyabr 2024 - MAQAZİN

Müğənni Manaf Ağayev maraqlı açıqlama verib.

Lent.az-ın xəbərinə görə, müğənni qatıldığı teleproqramda xanımı barədə danışıb.

"Sevgidən danışmaq yaşıma yaraşmaz. Amma bizim aramızda həmin hörmət hələ də var. Yenə dünyaya gəlsəm, yenə onunla ailə qurardım. Çətin adamam, hər qadının işi deyil məni yola versin. Övladlarımızı evləndirmişik. Nəvələrimiz də var. Bir arzum var, o da həyat yoldaşımla bu dünyadan birlikdə köçək. O da Allahın bilən məsləhətdir", - deyə o bildirib.

"Ailə quranda anam ona dedi ki, arvad olmaq istəyirsənsə, ərinlə ayaqlaş. Mənimlə hamı yola getməz, ancaq o getdi. Ona təşəkkür edirəm ki, övladlarıma gözəl ana oldu. Bu gün baxıb deyirəm ki, ilahi, məndən xoşbəxt ata var? Övladlarıma 1 həftə də zəng etməsəm, rahatam",- deyə müğənni əlavə edib.

Xəbər xətti