Orban noyabrın 5-də Qırğızıstana səfər edəcək

07:49 - 1 Noyabr 2024 - DÜNYA

Macarıstanın baş naziri Viktor Orban noyabrın 5-də Qırğızıstana səfər edəcək, səfər çərçivəsində Qırğızıstan prezidenti Sadır Japarov ilə danışıqlar aparacaq və Türk Dövlətləri Təşkilatının sammitində iştirak edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bişkekdə jurnalistlərə Qırğızıstan dövlət başçısı administrasiyasının xarici siyasət şöbəsinin rəhbəri Muratbek Azımbakiyev bildirib.

Onun sözlərinə görə, Bişkekdə onun iştirakı ilə Qırğızıstan və Macarıstan arasında yüksək səviyyəli danışıqların keçirilməsi planlaşdırılır və bu danışıqlar zamanı tərəflər Qırğızıstan-Macarıstan strateji tərəfdaşlığının geniş spektrini müzakirə edəcəklər.

"Səfər nəticəsində Qırğızıstan-Macarıstan ikitərəfli əməkdaşlığının daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsinə yönəlmiş bir sıra sənədlərin imzalanması planlaşdırılır", - Azimbakiyev qeyd edib.

Xəbər xətti