Gürcüstanın hakim partiyası 53 faiz səslə irəlidədir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Seçki məntəqələrinin 70 faizinin məlumatına görə, Gürcüstanın hakim partiyası seçkilərdə 53% səslə qalib gəlir.
Seçkilərin nəticələrindən sonra Gürcüstanın hakim partiyası parlamentdə 90-91 mandat alacaq.
Gürcüstan prezidenti Salome Zurabişvili də Avropayönlü qüvvələri qələbə münasibəti ilə təbrik edib və qeyd edib ki, onun məlumatına görə, müxalifət 52% səs toplayıb və bura diasporun səsləri daxil deyil. O, X sosial şəbəkəsindəki səhifəsində yazıb:
“Seçkiləri saxtalaşdırmaq cəhdlərinə baxmayaraq, Avropa Gürcüstanı 52% səslə qalib gəlir”.