Ucnoqta.az
www.ucnoqta.az

Gürcüstanın hakim partiyası seçkilərdə qalib gəlir

21:50 - 26 Oktyabr 2024 tarixində dərc olunub.

Gürcüstanın hakim partiyası 53 faiz səslə irəlidədir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Seçki məntəqələrinin 70 faizinin məlumatına görə, Gürcüstanın hakim partiyası seçkilərdə 53% səslə qalib gəlir.
Seçkilərin nəticələrindən sonra Gürcüstanın hakim partiyası parlamentdə 90-91 mandat alacaq.

Gürcüstan prezidenti Salome Zurabişvili də Avropayönlü qüvvələri qələbə münasibəti ilə təbrik edib və qeyd edib ki, onun məlumatına görə, müxalifət 52% səs toplayıb və bura diasporun səsləri daxil deyil. O, X sosial şəbəkəsindəki səhifəsində yazıb:

“Seçkiləri saxtalaşdırmaq cəhdlərinə baxmayaraq, Avropa Gürcüstanı 52% səslə qalib gəlir”.

Müəllif: Ucnoqta.az redaksiyası