İsrail Hərbi Hava Qüvvələrinin Livanın şərqində Suriya ilə həmsərhəd ərazilərə basqın etməsi Əl-Qaa keçid məntəqəsindən keçən yolların hərəkətinə mane olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Liviyanın ictimai işlər və nəqliyyat naziri vəzifəsini icra edən Əli Hamieh X-də bildirib.
O, qeyd edib ki, yolun Jusia və Əl-Qaa arasındakı sərhəd zolağındakı hissəsi zədələnib, bu da nəqliyyatın hərəkətini mümkünsüz edib.