Ucnoqta.az
www.ucnoqta.az

İsrail Livanın Suriya ilə həmsərhəd ərazilərinə zərbələr endirib

15:53 - 25 Oktyabr 2024 tarixində dərc olunub.

İsrail Hərbi Hava Qüvvələrinin Livanın şərqində Suriya ilə həmsərhəd ərazilərə basqın etməsi Əl-Qaa keçid məntəqəsindən keçən yolların hərəkətinə mane olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Liviyanın ictimai işlər və nəqliyyat naziri vəzifəsini icra edən Əli Hamieh X-də bildirib.

O, qeyd edib ki, yolun Jusia və Əl-Qaa arasındakı sərhəd zolağındakı hissəsi zədələnib, bu da nəqliyyatın hərəkətini mümkünsüz edib.

Müəllif: Ucnoqta.az redaksiyası