Vətəndaş K.Seyidov polisə müraciət edərək ötən gün yetkinlik yaşına çatmayan övladının Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində naməlum şəxs tərəfindən təqib edildiyini bildirib.
Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı İbrahim Əmiraslanlı məlumat verib.
Qeyd olunub ki, məsələ ilə bağlı ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində araşdırmalara başlanılıb.
Əlavə məlumat veriləcək.