Ucnoqta.az
www.ucnoqta.az

Bakıda yeniyetmənin təqib edilməsi barədə məlumat araşdırılır

13:00 - 24 Oktyabr 2024 tarixində dərc olunub.

Vətəndaş K.Seyidov polisə müraciət edərək ötən gün yetkinlik yaşına çatmayan övladının Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində naməlum şəxs tərəfindən təqib edildiyini bildirib.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı İbrahim Əmiraslanlı məlumat verib.

Qeyd olunub ki, məsələ ilə bağlı ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində araşdırmalara başlanılıb.

Əlavə məlumat veriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası